Xəbərlər / Şou-biznes

Aşıq Ədalət vəfat etdi

14-09-2017, 17:04

Aşıq Ədalət (Ədalət Nəsibov) dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, bu haqda Aşıqlar Birliyindən kulis.az-a xəbər verilib. Bildirilib ki, o, bu gün günorta saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, ustad sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin.

***

Aşığın oğlu Hekayət Nəsibov yenicag.az-a açıqlamasında atasının vəfatəndan danışıb:

“Dünən yaxşı idi, mənimlə zarafatlaşdı. Axşam halı pisləşdi, həkim çağırdıq. Bir az əvvəl canını tapşırdı. Onun son sözü bu oldu ki, mənə görə çox əziyyət çəkdiniz, haqqınızı halal edin. Sonra məndən sazını istədi, gətirib verdim. Əlini üstünə qoyub, gözlərini yumdu”

Administratorla əlaqə

077 611-55-22

[email protected]