Xəbərlər / Şou-biznes
Həkimlər Aşıq Ədalətə səhv diaqnoz qoydu
25-04-2017, 23:42
Bu günlərdə müalicə üçün İrana gedəcəm.
Bu sözləri Şərq.az-a səhhəti haqqında danışarkən ustad aşıq Ədalət Nəsibov bildirib.
O qeyd edib ki, ölkəmizdəki həkimlər uzun müddətdir davam edən narahatlığının səbəbinin mədə problemi ilə izah etsələr də, bu diaqnoz düz çıxmayıb:
"Gördüm burada qalmaqla alınmır, boğazımdan su belə keçmir. Həkimlər yazdığı dərmanları qəbul etdim, xeyri olmadı. Səsim də tutulmuşdu, danışa bilmirdim. İndi səsim azca açılıb. Ona görə İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazinin köməyi ilə Tehranda müalicə alacam”.