Əsas Səhifə / Mədəniyyət

Səyavuş Aslanın anadan olmasından 82 il ötür

5-09-2017, 19:38

Bu gün tanınmış teatr və kino aktyoru, “Şərəf” ordenli, mərhum Xalq artisti Səyavuş Aslanın doğum günüdür.

Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb.

1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru olub və bir çox rəngarəng obrazlar yaradıb.

Xalq artistinin “Kəndimizin mahnısı”, “Özümüz bilərik”, “Altı qızın biri Pəri”, “Ulduz” kimi tamaşa və filmlərdəki obrazları yaddaşlara həkk olunub.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.

Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. / Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]