Mədəniyyət

Telman Adıgözəlov 64 yaşında - Video

17-07-2017, 17:24

Bu gün xalq artisti Telman Adıgözəlovun doğum günüdür.

Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Bütün ömrünü insanları sevindirməklə yaşayan Telman Adıgözəlovun doğum tarixi ömrünün sonuna kimi insanların qanını içən Stalinin ölümü ilə təxminən eyni vaxta təsadüf edir.

1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirən aktyor 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb, teatr səhnəsində maraqlı obrazlar yaradıb.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə","Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.

2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edən Telman Adıgözəlov Fatmayıdakı kənd qəbristanlığında torpağa tapşırılıb.

Unudulmaz sənətkarın doğum günündə onun sevilən çıxışlarından birini təqdim edirik: // Kult.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]