Xəbərlər / Elm

31 min dollarlıq məktub - FOTO

30-08-2017, 20:57

Bəzən dünyada şöhrət qazanmış insanlar xalqları gözləyən fəlakəti qabaqcadan duyur və acı nəticələri görürlər. Necə ki, dahi alman fiziki Albert Eynşteyn faşizm taununu irəlicədən duyaraq onun haqqında məlumat verib, hər kəsi agah etmişdi.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1938-ci ildə görkəmli fizik öz dostu və o dövrdə İtaliyada mühəndis kimi çalışan yəhudi əsilli Mişel Bessoya yazırdı: “Gözləyirəm ki, Almaniya Rusiyaya hücum etdikdən sonra rahatlanar və Şərqi Avropadan gözünü çəkər. Amma irəli gedərsə, onun acgözlüyü çox çəkməyəcək və biz onun qazana bilməyəcəyinin, uğursuzluğunun, məğlubiyyətinin şahidi olacağıq”.

Həmin məktub yaxın günlərdə ABŞ-ın Kaliforniya ştatında bir hərracda 31 min 250 dollara satılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]