Dünya
Ərdoğandan alman jurnalistə tarix dərsi
8-07-2017, 18:21
Rəcəb Tayyib Ərdoğan G20 sammitindən əvvəl “Die Zeit” qəzetinin redaktoru Giovanni di Lorenzonun suallarını cavablandırıb. Ərdoğan müsahibə əsnasında “Alman mətbuatı niyə mənə diktator deyir?” sualına cavab istəyib.
Sözügedən sualı cavablandıran alman jurnalist 15 iyulda çevrilişə cəhd edən FETÖ üzvlərinin və PKK terror təşkilatıyla əlaqəsi olduğu üçün həbs olunan, alman mediasına çalışan jurnalist Deniz Yücəl və Məşəl Tolunun hələ də həbsdə olduqlarını qeyd edib. Və on minlərlə insanın keçən yay yaşanan çevriliş cəhdi şübhəlisi olaraq işsiz qaldıqlarını vurğulayıb.
Ərdoğan isə bu cavab qarşısında jurnalistə dərs verəcək bir açıqlama edib:
“Aldığınız məlumat səhvdir. Və bu səhv məlumata əsaslanaraq yanlış fərziyyələr yayımlayırsız. Minlərlə adamın həbsxanalarda olduğunu, işlərini itirdiklərini söyləyirsiz. Sənə təkcə bunu deyim ki: Şərqi və Qərbi Almaniya yenidən birləşəndə neçə insanın işini itirdiyini bilirsənmi? 500 mindən çoxdur. Bundan niyə bəhs etmirsiz? Bunu yazacaqsan, silmək olmaz, yaxşı?” // Axar.az