Elm

Albert Eynşteyn və Stiven Houkinqi geridə qoyan 12 yaşlı DAHİ

9-05-2017, 15:21

İngiltərənin Çeşir vilayətində maraqlı layihə həyata keçirilib. IQ (məntiq) testləri tərtib etməklə dünyanın ən ağıllı insanını müəyyənləşdirməyə çalışıblar.
Müxtəlif millətlərin nümayəndələrinində iştirak etdiyi müsabiqədə hind əsilli 12 yaşlı qız Rajgauri Pavar qalib gəlib. O, 2017-ci ildə dünyanın ən ağıllı insanı seçilib.
Ümumi İQ testlərin norma daxili maksimal balı 140 hesab olunur. Dünyanın ən dahi və ziyalı insanları hesab olunan Albert Eynşteyn və Stiven Houkinq 160 xal toplayaraq bu göstəricini geridə qoymuşdu. İllərdir dəyişməyən rekordu 12 yaşlı qız yeniləyib.
Müsabiqədə 162 xal toplayan Rajgauri Pavar dünya rekordunu təzələyərək dünyanın ən gənc dahisi hesab olunub.
Pavarın atası Mançester Universitetində elm mütəxəssis kimi çalışır. Onun sözlərinə görə, qızı belə bir nəticə əldə edən ilk gənc insandır. // Publika.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]