İdman

Güləş tarixində ilk – Üçqat dünya çempionumuz oldu + VİDEO

26-08-2017, 10:11

Hacı Əliyev müasir Azərbaycan tarixində indiyə qədər üç dəfə dünya çempionu adını qazanan ilk güləşçi kimi tarixə düşüb.

Mediaxeberleri.az-ın məlumatına görə, 61 kq çəkidə mübarizə aparan həmyerlimiz 1/16 final mərhləsində Alibek Osmonovu (Qırğızıstan) 8:0, 1/8 finalda Rinya Nakamuranı (Yaponiya) 10:1, 1/4 finalda Mikola Bolotnjuku (Slovakiya) - 10:0, yarımfinalda isə Yovlis Bonne Rodrigezi (Kuba) - 10:0 hesabı ilə məğlub edib.
Fransanın paytaxtı Parisdəki dünya çempionatında sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.


Həlledici görüşdə rusiyalı Hacımurad Rəşidovla qarşılaşan H.Əliyev rəqibinə tuşe ilə qalib gələrək üçqat dünya çempionu adını qazanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]