İdman

Taekvondoçumuz dünya çempionatının finalına yüksəldi

30-06-2017, 13:38

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, iranlı legioner yarımfinalda Moldovanı təmsil edən üçqat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Aaron Kuku məğlub edib - 41:5.

Finalda Harçeqaninin rəqibi rusiyalı Anton Kotkov olacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]