Xəbərlər / Maraqlı

Dəfn mərasimi üçün dua oxuyan robot - FOTO

25-08-2017, 09:32
Dəfn mərasimi üçün dua oxuyan robot - FOTO
Yaponiyada yaradılan insanabənzər robot din xadimi peşəsinə yiyələnib və dəfn mərasimlərində dua oxuyacaq.

Musavat.com-un lent.az-a istinadən verdiyi məlumata görə, “SoftBank Robotics” şirkəti tərəfindən yaradılan robot “Pepper” adlanır.

Hər ölkədə olduğu kimi, Yaponiyada da dəfn mərasimlərinin təşkili kifayət qədər maliyyə vəsaiti tələb edir. Gündoğan ölkədə mərasim xərcləri 10 min dollara çatır. “Nissei Eco” şirkəti bu xərclərin azaldılması üsulunu tapıb və yeni xidməti əhalinin aztəminatlı təbəqəsi üçün daha əlverişli etməyə çalışıb. Bunun üçün yüksək texnologiyadan istifadə edilib.

Din xadimi rolu daha əvvəl xəstəxanada və pizza dükanında işə götürülmüş “Pepper” humanoid-robotuna həvalə olunub. “Pepper” buddist sutraları oxuyaraq dəfn ritualını yola verməlidir. Robotun dəfn mərasimində canlı din adamını əvəz etməsi xərcləri ciddi şəkildə azaltmağa imkan verir.

Lakin “TechCrunch” texnoloji saytı bu yeniliyə tənqidi yanaşıb. Onlar qeyd ediblər ki, “Pepper” baş əyə bilmir. Bu isə hörmət əlaməti olaraq çox mühümdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]