Xəbərlər

Şəhidimiz dəfn olundu

12-02-2017, 17:48
Şəhidimiz dəfn olundu
APA-nın məlumatına görə, Xaçmaz rayonunun Niyazoba kənd sakini 1988-ci il təvəllüdlü F.Qafarov anadan olduğu kənddə torpağa tapşırılacaq.

***

Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fuad Qafarov bu gün dəfn edilib.

Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yaylım atəşindən sonra şəhid F. Qafarov köhnə Xaçmaz qəbiristanlığında dəfn edilib. Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]