İdman

"Traktorsazi" Bakıya gələ bilər

15-01-2016, 10:44
AZAL-ın vitse-prezidenti, AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bəyan edib ki, bu ildən təşkil olunmağa başlayan qış kubokunda növbəti mövsüm İranın "Traktorsazi" klubu da çıxış edə bilər. Sport7.az xəbər verir ki, açıqlamasında o, bunları söyləyib:

"Traktorsazi"nin ölkəmizdə çoxlu azarkeşi var. Biz növbəti mövsüm üçün təşkilatçılara bu komandanı da Bakıya dəvət etməyi təklif edə bilərik. Həmçinin Gürcüstan və Dağıstandan da bəzi klubların dəvət olunması ideyası var. Bu turnirin gələcəyi var. İlin bu vaxtında Bakıda yaxşı hava olur. Kifayət qədər otel, məşq meydançaları, stadionlar var ki, belə turnirlər keçirə bilək. Bu dəfəki turniri təşkil etmək baxımından vaxt çox az idi. Ona görə də xarici klubları dəvət etmək mümkün olmadı".

Administratorla əlaqə

077 611-55-22

[email protected]