İdman

“Rəvan” klubunun hesabından 6, “Bakı”dan 3 xal silindi

26-01-2016, 08:27
“Rəvan” klubunun hesabından 6, “Bakı”dan 3 xal silindi

Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. 

Xeberman.com  xəbər verir ki, toplantıda iki paytaxt klubu – "Rəvan” və "Bakı” ilə bağlı məsələlərə baxıb.

İK FİFA-nın yanvarın 21-də AFFA-ya ünvanladığı məktuba əsasən qərarlar qəbul edib. 

Məktubda FİFA-nın İntizam Komitəsinin "Rəvan” və "Bakı” klubları haqqında qərar qəbul etdiyi bildirilib.

Sənəddə "Rəvan” sabiq futbolçusu Artur Kotenko arasında bağlanmış müqavilə şərtlərinə riayət edilməməyi səbəbindən klubun cari mövsüm üçün aktivliyindən 6 xalın silinməsi göstərilib. 

"Bakı” isə Dejan Brankoviçin "güdazına gedib”.  FİFA tərəfindən müqavilənin şərtlərinə əməl etməyən "zolaqlılar”ın hesabından 3 xal silinməsi istənilib.

Yuxarıda göstərilənləri nəzərə alan AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasında çıxış edən "Rəvan”dan 6, I divizionda mübarizə aparan "Bakı”dan 3 xal silinməsinə qərar verib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]