İdman

"Qəbələ" - "Qalatasaray" matçının vaxtı müəyyənləşib

17-08-2017, 12:41

"Qəbələ" və Türkiyənin "Qalatasaray" klubları arasında yoldaşlıq görüşünün təşkili üçün danışıqlara başlanılıb.

Xeberman.com Report-a istinadən xəbər verir ki, matçın sentyabrın 2-də və 3-də keçirilməsi planlaşdırılır. Həmin vaxt milli komandaların oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranacaq.

"Qalatasaray"ın məşqçilər heyəti bu qarşılaşmada yeni transfer Sofian Fequlini sınaqdan çıxaracaq. İngiltərə "Vest Hem"indən alınan 28 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrü keçir. Əlcəzair millisinin oyunçusu məhz fasilə müddətində hazırlıqlara başlayacaq. Fequli "Qəbələ" ilə görüşdə özünü yaxşı tərəfdən göstərə bilsə, Türkiyə Super Liqasının IV turunda "Antalyaspor"a qarşı səfər matçında forma geyinəcək.

Qeyd edək ki, "Qəbələ" - "Qalatasaray" matçının Bakıda təşkili planlaşdırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]