Dünya / İslam

Tacikistan məktəblərində hicab, saqqal və cins qadağan edildi

16-08-2017, 23:39
Tacikistan Təhsil Nazirliyi məktəbli qızlara hicab geyinməyi, oğlanlara isə saqqal saxlamağı qadağan edib.Tacikistan məktəblərində hicab, saqqal və cins qadağan edildi

Trend-in məlumatına görə, nazirliyin qərarında qızların hicab, dar şalvar, qısa geyimlər geyinməsi, parlaq makiyaj etməsi qadağan edilib.

Bundan başqa, oğlanlara saqqal saxlamaq, saç uzatmaq, sırğa taxmaq və cins şalvar geymək qadağan edilib.

Həmçinin qərara əsasən, məktəblilər döymə vura, üzərində reklam yazıları olan geyimlər geyə bilməzlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]