Maraqlı

Qısa ətək qadağan edildi

21-01-2016, 11:58
Qısa ətək qadağan edildiTanzaniyanın prezidenti Con Maguful HİV və AİDS-in yayılmasına səbəb olduğunu iddia edərək, mini yubka və qısa paltarı qadağan edib. 

O, qadınlara "əxlaqsız paltarlar”dan qurtulmaq üçün 3 həftə vaxt verib. Ölkədə bir neçə ay əvvəl də əxlaqsız olduğu üçün "yverking” rəqsini qadağan etmişdi. Bir çoxları bu rəqsin gənclərə pis təsir etdiyini deyib. Ölkə prezidenti hökumət üzvləri üçün Yeni il kartlarının hazırlanmasını da istəməmişdi. Ölkədə bayramlardan əldə edilən gəlirlər zibillərin yığılması üçün xərclənəcək. Bir çox sahələrdən gələn gəlirlər isə xəstəxanalara yataq alınmasına sərf ediləcək. Prezident dövlət məmurlarının xarici səfərlərini, başqa ölkələrdə pul xərcləməsini qadağan edib. Əgər xarici səfərlər məcburi olarsa, məmurlar təyyarədə adi sərnişinlərlə birlikdə uçmalıdırlar. "Bisness class” uçuşlar qadağan edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]