Dünya

Bu ölkədə spirtli içki satışı qadağan edildi

23-10-2016, 17:58
Bu ölkədə spirtli içki satışı qadağan edildi
İraq parlamenti spirtli içkilərin satışı, istehsalı və idxalına qadağanı nəzərdə tutan qanun qəbul edib.
 
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, qanun mühafizəkarların təşəbbüsü ilə qəbul edilib.
 
İraqda xristian azlıqların haqlarını müdafiə edən deputatlar məhkəməyə müraciət edəcəklərini bildiriblər.
 
Qeyd edək ki, İraqda restoran və otellərdə spirtli içki satışı geniş yayılıb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]