Xəbərlər / Maraqlı

Stiven Houking: “Kainatı anlamaq mümkündür, qadınları isə yox”

9-08-2017, 12:33
Stiven Houking: “Kainatı anlamaq mümkündür, qadınları isə yox”
Məşhur fizik Stiven Houking’dən etiraf: “Fizikada doktorluq dərəcəsi almışam. amma qadınlar hələ də mənim üçün kainatdakı ən sirrli varlıqlar olaraq qalır..” Kainatdakı qara dəliklərlə əlaqədar nəzəriyyələriylə kosmologiya sahəsində bir çox sirrin qapısını açan məşhur ingilis alimi Stephen Houking sosial paylaşım saytı Reddit’in online forumunda iştirak edib.

Saytın istifadəçilərinə məşhurlara sual soruşma imkanı verən “Ask Me Anything” adlı online forumda Stephen Hawking ona ünvanlanmış bir suala maraqlı etirafla cavab verib. Cambridge Universitetində tətbiqi riyaziyyat və nəzəri fizika bölməsinin də rəhbəri olan Hawking, “Həyatda sizə maraqlı olan ən böyük sirr nədir?” sualına belə cavab verib.

“Fizikada doktorluq dərəcəm var. Kainatla əlaqədar bəzi sirrlərə aydınlıq gətirə biləcək nəzəriyyələrim mövcuddur. İnsanlar gələcəkdə də kainatın sirlərini tapmağa davam edəcək. Ancaq bütün bunlara baxmayaraq, mənim üçün ən böyük sirr hələ də qadınlardır. Hesab edirəm ki, kainatı başa düşə bilərik, amma qadınları başa düşmək mümkün deyil,”
Qeyd edək ki, Houking 30 il evli qaldığı Jane Wilde’dan 1995-ci ildə boşanıb, eyni il evləndiyi baxıcısı Elaine Mason’dan da 2006-cı ildə ayrılıb.

Süni zəka insanı gözardı etsə Hawking iclas zamanı süni zəka ilə əlaqədar suallara da maraqlı cavablar verib. Houking süni zəkanın insanı qəsdən yox etməyə çalışmaqdan çox, onu göz rdı edə biləcəyini və bu səbəblə risk meydana gətirəcəyini bildirib. Hawking “Real risk süni zəkanın pis niyyətli olması deyil, rəqabət qabiliyyətli olması olacaq. Süni zəka öz məqsədlərini reallaşdırmaqda insanla ziddiyyətə düşsə, bu bizim üçün heç də yaxşı olmayacaq,” deyə cavablandırıb. (pahoo.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]