Xəbərlər / Maraqlı

Bəhram Bağırzadə mərcdə uduzan jurnalistin başını qırxdı - VİDEO

4-08-2017, 00:00

Azərbaycanın tanınmış aktyoru Bəhram Bağırzadə jurnalist Vüqar Həsənovun başını mərcdə uduzduğu üçün keçəl qırxıb.

Xeberman.com baku.ws-ə istinadən verdiyi xəbərə görə, jurnalist Çempionlar Liqasında “Qarabağ” - “Şerif” qarşılaşmasından öncə bildirib ki, komandamızın növbəti mərhələyə keçəcəyi halda saçını keçəl etdirəcək.

Jurnalist sözünün üstündə duraraq saçını keçəl etdirib. Onun bərbəri isə Bəhram Bağırzadə olub. Aktyor həmin anları əks etdirən görüntünü videoya çəkib və sosial şəbəkədə yayıb.

Qeyd edək ki, “Qarabağ” səfərdə Moldovanın “Şerif” klubunu 2:1 hesabı ilə məğlub edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]