Xəbərlər / Şou-biznes

Yetim Eyvazın ölüm səbəbi açıqlandı

24-07-2017, 16:50

Tanınmış şair Eyvaz Qurbanovun (Yetim Eyvaz) qəfil ölümünün səbəbi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Siyəzən rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, 1952-ci il təvəllüdlü Eyvaz Qurbanov tromboemboliya səbəbindən vəfat edib.

Bildirilib ki, şairin damarlarında tromblaşma varmış. Dünən səhər saatlarında damar yolu ilə tromb onun ürəyinə gedib və ölümünə səbəb olub.

Qeyd edək ki, Yetim Eyvaz dünən yaşadığı Qəhər kəndində dəfn edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]