Xəbərlər
Xalq şairi Fikrət Qocanın oğlu faciəvi şəkildə öldü
12-03-2017, 14:22
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya ağır itki üz verib. Lent.az Bakipost.az-a istinadən xəbər verir ki, şairin oğlu Yalçın Qocayev dünən vəfat edib.
F.Qoca açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirib: "Dünən çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib".
Qeyd edək ki, mərhumun 52 yaşı olub.
Allah rəhmət eləsin.