Xəbərlər

Azərbaycanla əməkdaşlığa böyük önəm veririk - Malta

15-07-2017, 15:45

Millət vəkili Qənirə Paşayeva Malta Prezidenti Mari Luis Loleiro-Preka ilə görüşüb.

Millət vəkili görüş zamanı Malta prezidenti ilə Azərbaycan Prezidenti İlham Əliyevin yüksək səviyyəli əməkdaşlığı və səyləri nəticəsində bütün sahələrdə daha da inkişaf edən əlaqələrimizin parlamentlərarası əməkdaşlığın inkişafına da öz müsbət töhfəsini verməsini xüsusi vurğulayıb.

Q.Paşayeva Malta prezidentinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun törətdiyi vandalizm aktları barədə ətraflı məlumatlar verib.

Görüş zamanı Malta Prezidenti xanım Mari Luis Loleiro-Preka Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində önəmli müzakirələr apardığını deyərək, Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib. / Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]