İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə bahalaşdı

15-07-2017, 07:38
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 13-də 48,86 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,84 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 13-də 48,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 13-də 46,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 13-də 47,9 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]