Xəbərlər / Ölkə

Dünya neft ehtiyatları sürətlə azalır

4-04-2017, 20:10

[i][/i]Mövcud neft ehtiyatları və neftlə yüklənmiş gəmilərin məcmu həcmi 3 aprel tarixinə 812 mln. barel təşkil edib.

///Xeberman.com-ın məlumatına görə, “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Vortexa informasiya-araşdırma şirkətinin neft sektoru üzrə analitikləri çıxış ediblər.

Şirkətin hesabatına görə, 2017-ci il yanvarın 1-nə məcmu qlobal neft ehtiyatları 978 mln. barel təşkil edib. Bu da ilk rübdə ehtiyatların 166 mln. barel və ya 17% azaldığını göstərir.

Vortexanın ekspertləri neft ehtiyatlarının gözlənildiyindən daha sürətlə azaldığını bildiriblər.

Qeyd edək ki, bugünkü proqnoz hesabatında Fransanın “BNP Paribas” bankı neft qiymətlərinin 2017-ci ilin III rübündə 65 dollar/barelə qədər yüksələcəyini qeyd edib. Hazırda “Brent” markalı neftin qiyməti 53,60 dollar/barelə bərabərdir.


Vaqif abdullayev

///Xeberman.com\\\

Administratorla əlaqə

077 611-55-22

[email protected]