İqtisadiyyat

"Brent" markalı neftin qiyməti 32 dolları ötüb

22-01-2016, 11:08
"Brent" markalı neftin bir barelinin qiyməti 32 dolları ötüb.

"Report" xəbər verir ki, bu gün Londonun ICE əmtəə birjasında baş tutan hərraclar zamanı "Brent" neftinin mart fyuçersinin dəyəri 32,02 dollar səviyyəsinə çatıb. Bundan əvvəl WTI markalı neftin qiyməti də bir barelə görə 32 dolları ötüb. Bakı vaxtı ilə 23:13-a olan vəziyyətə görə, WTI-nin mart fyuçerslərinin qiyməti 8,62% artıb və bir barel üçün 32,06 dollara çatıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]