Gündəm

Hüquq müdafiəçisindən kəskin bəyanat

11-07-2017, 06:18

Bir həftədən artıqdır ki, Realliq.info saytı SOCAR prezidenti Rövnəq Abdullayevin qanunsuz hücumlarına məruz qalıb. Dövlətin milyonlarını oğurlayaraq mənimsəyən məmur sayta ddos hücümları təşkil etməklə onun fəaliyyətini ifşa edən yazıların ictimailəşməsinin qarşısını almağa cəhd edir. Cəmiyyət tərəfindən qınanan bu özbaşınalığa tanınmış media qurumları və hüquq müdafiəçiləri də kəskin etiraz edib. Bu gün tanınmış hüquq nüdafiəçisi Oqtay Gülalıyev Realliq.info ya edilən basqıları kəskin şəkildə pisləyib. Oqtay bəy sosial şəbəkədə baş verənləri azad sözə qarşı ən çirkin yol adlandırıb və medianı bu yolla susdurmağın qanunsuz və ədalətsiz olduğunu önə çəkərək digər təşkilatları da baş verənlərə diqqət ayırmağa çağırıb. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq:
"Necə vaxtdır Azərbaycan mətbuatının, daha dəqiq desək bəzi informasiya saytlarının başı üzərində Rövnəq Abdullayevin "qolçomaq qamçısı" peyda olub. Erməni kilsələrinə havayı qaz verən, neftdən gələn gəlirləri mənasız idman yarışlarına xərcləyən, xarici futbol komandlarına sponsurluq edən SOCAR prezidenti xalqdan qazandığı milyonları, onun varidatını yazıb göstərən informasiya resurslarını, saytları hakerlər vasitəsi ilə dağıtmaqla məşğuldur. İndi də Azərbaycanın "neft kəndxudası" Reallıq.info və nia.az saytlarını dağıtmaqla məşğuldur. Çünki adı çəkilən saytda onun qaranlıq biznesini ifşa edən "SOCAR –ın mənimsənilən milyonları və Rövnəq Abdullayevin həyatı" adlı araşdırma yazı dərc olunub (http://realliq.info/8304-socar-in-menimsenilen-milyonlari-ve-rovneq-abdullayevin-heyati.html). Maraqlıdır, milyonlar xərcləyərək Azərbaycanda informasiya saytlarını dağıtdıran Rövnəq Abdullayev bu "məharəti" və səxavəti niyə ölkəmizi təhdid edən erməni saytlarına qarşı göstərmir?

Göründüyü kimi, dövlətin inzibati resurları vasitəsi ilə ölkədə azad medianın çökdürülməsi və sıradan çıxarılması üçün çeşidli fəaliyyətlər həyata keçirilir. Amma bunu edənlər başa düşmək istəmirlər ki, vaxt gələ bilər onların özlərinin indi bloklayıb dağıtmaq istədikləri mətbuat orqanlarına ehtiyacları olar. Çünki həyatda heç kim, heç nədən sığortalanmayıb. Normal, güvənli cəmiyyətlərin əsas prinsiplərindən biri də ədalətli mühakimə və məhkəmə ilə yanaşı, azad düşüncənin və müstəqil mətbuatın varlığıdır".
Realliq.info -nun SOCAR və onun prezidenti ilə bağlı araşdırmaları davam edir. Ermənilərə neft və qaz verən bir məmurun vətənə sevgisi ola bilərmi demək və ya sormaq özü yanlışdır. Rövnəq Abdullayev bu millətin və dövlətin düşmənidir. Unutmayın ki, belələri cəzasız qaldıqca haqqımızı tapdayanlar çox olacaq və biz yox olmaq təhlükəsi ilə hər zaman üz-üzə qalacağıq. Birləşin ki, Rövnəqləri layiq olduğu cəzaya çatdıra bilək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]