Əsas Səhifə / Media

Saytlara hücumu kimlər təşkil edir ? Baş redaktordan bəyanat

10-07-2017, 14:56

Bir həftəyə yaxındır ki, Realliq.info və NİA.az saytlarının fəaliyyətinə məhdudiyyətlər qoyulub. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin qanunsuz fəaliyyətindən yazan saytların yayımının ən çirkin yolla əngəllənməsi artıq əndazəni aşmaqdadır. Nə səbr, nə də ki, ədalətli yanaşmaya yer buraxan Rövnəqin hücümlarının qarşısını almağa çalışırıq. Lakin milyonları bir gündə qazanan bir savadsızın pulun gücünə yaratdığı təzyiqlərin ard arası kəsilmir.
Hazırda hamını düşündürən suallar var – bu saytların taleyi necə olacaq? Realliq.info və nia.az – ı susdurmağa cəhdlərini davam etdirən SOCAR şefinin mənimsədiyi milyonlar və qaranlıq fəaliyyəti ilə bağlı yazının davamı gələcəkmi? Hətta bəziləri, - “sizə Rövnəq lazım idi” –deyə sual edir və Dövlətin əmlakını talayan məmurun fəaliyyətinə toxunmamağı tövsiyyə edir. Əlbəttə, Rövnəq Abdullayev Neft Şirkətinin prezidenti, ölkənin sərvətini talayanlardan biri olmasaydı, onun səviyyəsinə düşüb saytın səhifələrinə şəklini qoymağa dəyməzdi. Ölkənin bir çox insanı kimi məndə Rövnəq Abdullayevin qara olmayan gözlərindən, nə də ki, sifətindən xoşum gəlmir. Amma məsələ Dövlət və onun insanlarının haqqı olduqda o zaman Rövnəq Abdullayevin nə adı, nə də sifəti önəm kəsb etmir...
Rövnəq Abdullayev hücumlarını davam etdirir. Mənimsədiyi və zorla sahib olduğu “dərya”dan mediadakı tulalara bir qaşıq ayıraraq saytları boğmaqla çirkin əməllərinin ifşa olunmasından qorxur. Hər saat üçün olunan hücumlara görə 5000 dollar xərcləyən Rövnəqin pulu tükənən deyil. Neftin pullarını dədə malı kimi şəxsiləşdirən SOCAR prezidenti üçün ayda 100 və ya 200 min dollar pul hesab edilmir. PKK kimi terror təşkilatının maliyyələşdirilməsində, Ermənistana neft satışının təşkil edilməsində, London və Avropanın digər böyük şəhərlərində milyonlarla yatırım edilməsində adı çəkilən şəxsin Realliq.info və Nia.az kimi saytların bazasını dağıtmasına sadə iş kimi baxmaq gərəkir...
Dostlarım mənə Dövlətin aidiyyatı qurumlarına şikayət etməyimi məsləhət bilirlər. Əslində haqlıdırlar, qanunla cəzalar var və informasiya vasitəsinin fəaliyyətinə məmurun məhdudiyyət qoyması yasaqdır. Amma, bura Azərbaycan və söhbətin ünvanı Rövnəq Abdullayevdir. Belə olan halda SOCAR şefinin cəzalandırılmasına kim inanar?
Saytların fəaliyyətinə qanunsuz müdaxilədən öncə ölkənin var-dövlətini talayan şəxsin hər əməli ortadaykən cəzasız qalan birisini Realliq.info və ya nia.az – a görə qandallayacaqlar? Təbii ki, yox və Rövnəq Abdullayev cəmiyyətin kütləvi qınağına tuş gəlməyincə hələ çox milyonlar PKK-ya və ya düşmənlərə pay ediləcək.
İndi rəhbəri olduğumuz saytlar ciddi hədəfə alınıb. Mən baş redaktor olaraq Dövlətin ali qurumlarından məsələyə müdaxilə etməyi xahiş və tələb edirəm. Bu cür davam edən özbaşınalığın bizi haqlı sayan insanlar tərəfindən də qınanması ömənlidir. Həmrəylik olmadıqca bu gün hədəfə alınan saytların sıraları mütləq genişlənəcək və media bir şəxsin iradəsinin qurbanına çevriləcək. Lakin, SOCAR şefinə qarşı birləşmək onun gizli qalan əməllərinin ifşası olacaq ki, bu da bir zaman cəmiyyət üçün önəm kəsb edəcək.
Rövnəq Abdullayevin hər çirkin əməlinə qanunla cavab vermək zorundayıq. Realliq.info və digər saytların yaşaması üçün nə gərəkirsə olunacaq. Bir addım geri çəkilmək niyyətində olmamaqla SOCAR şefinin qaranlıq əməllərini də ifşa edəcəyik. Məqsədimiz bəlli – DÖVLƏTDƏN oğurluq edənlər bu gün deyilsədə bir gün cəzalarını çəksinlər.
İkram Rəhimov
Saytlara hücumu kimlər təşkil edir ? Baş redaktordan bəyanat
Realliq.info saytının baş redaktoru

Administratorla əlaqə

077 611-55-22

[email protected]