Əsas Səhifə / Yazarlar
"Milyon dollarlıq Fahişə" (Hekayə)
20-01-2015, 18:29
Yene Günəş batdı. Dünya öz rəngli libasını dəyişib qara geyiminə büründü.Qaranliq küçələr bir növ unudulmuş xarabalıqları xatırladırdı ilk baxiwdan.Halbuki gündüzlər al-əlvan olan küçələr...
Bu şəhər gündüzlər rəngbərəng geyinən,daş qaşa burunub diqqəti cəlb edən,axşam gəldikdə isə öz geyimlərini çıxarıb, qrimlərini, boyalarını təmizlədikdən sonra eybəcərləşən,yəni olduqları kimi görünən saxta gözəlçələrə bənzəyirdi...
Ulduzlu səmada nur saçan aypara. Əslində bizim romantikamızın ilk pilləsi olan aylı əsrarəngiz gecədə tamam saxtadır. Günəşin şualarını oğurlayıb bizi aldadır. Daha doğrusu biz özümüzü aldadırıq. Qaranlıq əslində yoxdur. Qaranlıq işığın olmadığı zaman müddətidir.
O da evinə indi gəlmişdi. Artıq şəhər oyanırdı. Gecə bitmişdi. O öz işini yerinə yetirmişdi. Yenə 5-3 manata öz bədənini alcaq birinə satmış,yenə ruhunu, mənliyini lekələyib gəlmişdi.
Qonşu otaqda xəstə anası və ondan sol tərəfdə çarpayıda uzanmış körpə qızı şipşirin yuxudaydi.
Qapının arasından öz qara gözlərini zilləyib ezizlerini bir neçə saniyə seyr edib çantasını masaya buraxib, astaca öz yatağına uzandi.
Ağlında gəzib dolaşan, beyninin hüceyrələrini didən saysız hesabsız fikir, cavabsiz minlərlə sual vardı. Bu yolu seçdiyi ücün özünəmi nifrət etsin yoxsa onu atib geden "heyat yoldaşi"-namı. Onu bu yola çəkən cəmiyyətəmi usyan etsin. Və yaxud, bu talehi yazan Allahami...
Bəs sən, ey mənim əziz oxucum kənardan baxıb ona fahişə deyən oxucum bu çarəsiz qadına, yoxsa bu cəmiyyətəmi bir sille vuraq?
Fahişe dediyin bu qadına, öz ailəsinin çörək pulunu bir gecəlik kef üçün xərcləyən kişiyəmi, yoxsa bədənini satib öz xəstə anasını və körpə qızını saxlamaq məcburiyyətində olan qadınamı faişə deyək...
Indi özün qərar ver ki, əsl faişə kimdir. Ailəsinin ehtiyacını bir gecəlik qadinin qucağında yatmaq üçün xərcləyən kişicikmi yoxsa ailəsinin ehtiyacı ücün bədənini satanmı...
salam qardaw.adam Emrahdi
sene gonderdiyim bu hekayeni teze yazmiwam
Nicat Hemwimzade mene meslehet bildirdi ki hekayeni sene yollayim saytda paylawmaq ucun
Əmrah Azad