Xəbərlər / Şikayət / İqtisadiyyat

AZAL Azərbaycandan turistləri belə qaçırır - Tiflisə ucuz, Bakıya baha bilet satır (FOTOFAKT)

29-06-2017, 18:40
Azərbaycan Hava Yolları (AZAL) hava yolları sahəsində monopolist şirkət olmaqla bərabər qiymət siyasəti ilə də xarici vətəndaşların ölkəmizə səfərini məhdudlaşdırır.

AZXEBER.COM xəbər verir ki, bu dəfə AZAL-ın Nyu-york - Bakı səfəri ilə Nyu-York - Tiflis reysi arasında yaranan ikiqat qiymət fərqi anlaşmazlıq yaradıb. Belə ki, AZAL Nyu-Yorkdan Tiflisə bir nəfəlik biletin qiymətini 341 avroya, Bakıya isə 672 avroya qoyub.

Post-neft dönəmində şirkətin hansı səbəbdən bu cür qiymət siyasətini müəyyənləşdirdiyi cavabsız qalan suallar arasındadır.

Həmin fərqi əks etdirən görüntüləri təqdim edirik:


Administratorla əlaqə

077 611-55-22

[email protected]