Dünya

Suriyada İŞİD-in “xəbər agentliyi”nin yaradıcısı məhv edilib

1-06-2017, 10:28

Suriyada ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in “Amaq” “xəbər agentliyi”nin yaradıcısı Rayan Meşaal məhv edilib.
Xeberman.com APA-ya istinadla istinadən verdiyi xəbərə görə, zərbələr Deyr-əz-Zor əyalətində yerləşən Əl-Mayadin şəhərinə endirilib.

Məlumata görə, R.Meşaal ilə yanaşı onun qızı da ölüb. Qeyd edək ki, “Amaq” xəbər agentliyi İŞİD terror qruplaşmasının media qurumu kimi tanınır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]