İdman

İran dünya çempionatına adladı

13-06-2017, 11:33
İran dünya çempionatına adladı
İran milli futbol komandası 2018-ci ilin dünya çempionatına vəsiqə qazanıb. Novator.az-ın məlumatına görə, Asiya zonasında yarışan İran iyunun 12-si Tehranda Özbəkistanı 2:0 hesabı ilə udaraq A qrupunda azı ikinci yeri təmin edib.

Asiyada 12 komanda 2 qrupda mübarizə aparır. Qruplarda ilk iki yeri tutan komandalar dünya çempionatına birbaşa yollanır. Üçüncülərin öz aralarındakı oyunlarının qalibi isə Şimali və Mərkəzi Amerikanın təmsilçisi ilə üz-üzə gəlməlidir.

A qrupunda İran 8 oyundan 20 xalla birinci pilləni tutur. Ehtiyatda bir oyunu olan Cənubi Koreya 13 xalla ikinci, Özbəkistan 12 xalla üçüncüdür.

B qrupunda Yaponiya, Səudiyyə Ərəbistanı və Avstraliya 16 xalla önə çıxıblar. Yaponların ehtiyatda bir oyunu var.

Final mərhələsi Rusiyada 32 komandanın iştirakı ilə keçiriləcək. Cənubi Amerikadan Braziliya martın 28-də dünya çempionatına vəsiqə alıb.

İran indiyədək dörd dəfə (1978, 1998, 2006, 2014-cü illərdə) dünya çempionatının final mərhələsində mübarizə aparıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]