İdman

Beynəlxalq futbol federasiyası (FİFA) Messini cəzalandırdı

28-03-2017, 20:48

Oxu.Az-ın xəbərinə görə, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu Argentina millisinin heyətində dörd oyun buraxmalı olacaq. Messinin diskvalifikasiya olunmasına səbəb “DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində Çili yığmasına qarşı oyunda hakimi təhqir etməsi olub. Futbolçu həmçinin 10 min isveçrə frankı (təxminən 10,2 min dollar) məbləğində cərimə edilib.

Diskvalifikasiyanın aid edildiyi ilk matçda Argentina millisi martın 29-da Boliviya komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, Argentina və Çili yığmaları arasında keçirilən matç Messinin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

13 turdan sonra Argentina millisi turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Messinin komandası lider Braziliyadan səkkiz xal geri qalır və altıncı pillədə gedən Çili komandasını iki xal qabaqlayır.

Turnir cədvəlində ilk dörd yeri tutan komandalar Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına birbaşa vəsiqə qazanacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]