Xəbərlər

Bakıda səkkiz min manata velosiped satılır – VİDEO

12-06-2017, 10:46

Bir neçə il əvvəl dəbdə olmasa da, son dövrlər velosipedlərə maraq artıb. Satıcıların sözlərinə görə, velosipedlər əvvəllər təkcə uşaqlar üçün alınırdısa, indi hətta yaşlı insanlar da bu nəqliyyat vasitəsinə müraciət edir.

Xeberman.com xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtdakı velosiped mağazalarında avtomobil qiymətinə velosiped satılır.

Satıcılar bildirirlər ki, bahalı velosipedlər daha çox yarış üçün nəzədə tutulub və qiymətləri 1000 manatdan 15 min manata kimi dəyişir.

Ümumiyyətlə, velosipedlər daha çox Polşa, Almaniya, Amerika, İtaliya və Çindən ölkəmizə gətirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]