Əsas Səhifə / Gündəm

Sumqayıtın mərkəzində 170 obyekt sökülür - Sahibkarlar etiraz edir

9-01-2016, 11:03
Sumqayıtın mərkəzində 170 obyekt sökülür - Sahibkarlar etiraz edir

Sumqayıt İcra Hakimiyyəti şəhərin mərkəzində, Sülh küçəsində söküntüyə qərar verilib. 

Burada fəaliyyət göstərən ticarət və iaşə obyektlərini sökməyə başlayıb. Bu küçədə 170 ticarət və iaşə obyekti var və onlar uzun illərdi ki, burada fəaliyyət göstərir.

Artıq ən iri ticarət mərkəzlərindən olan "Ən ucuz market”in boşaldılmasına başlanılıb. Marketin sahibi Vüqar Qələndərov əməkdaşımıza bildirib ki, obyektinin bütün lazımı sənədləri qaydasındadır və tam qanuni fəaliyyət göstəririrlər. Bununla belə obyektini sökürlər.

Obyektlərinin sökülməsini sahibkarlar etirazla qarşılayır. Onlar baş verənlərlə bağlı Prezident Administrasiyasının qarşısında toplaşmaq istəyirlər.

Sahibkarların bildirdiyinə görə, İcra Hakimiyyətindən obyektlərin niyə söküldüyü haqda onlara heç bir izahat verilmir. //azadliq.info

Qaynar.info

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]