Xəbərlər

Natiq Əliyevin nəşi Bakıya sabah gətiriləcək – YENİLƏNİB

9-06-2017, 20:30

Türkiyənin İstanbul şəhərində müalicə aldığı klinikada vəfat edən energetika naziri Natiq Əliyevin nəşi Bakıya sabah gətiriləcək.

Xeberman.com xəbər verir ki, bu barədə “APA-Economics”ə açıqlamasında Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bildirib.

“Dəqiqləşdirilmiş məlumata əsasən, nazirin nəşi sabah 09:30-da Bakıya gətiriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, N. Əliyevin nəşinin Bakıya bu gün gətiriləcəyi barədə məlumat verilmişdi.

14:52

Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi iyunun 10-da saat 12:00-da Şəhriyar adına Mədəniyyət Sarayında keçiriləcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.

O bildirib ki, mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

14:17

Bu gün Türkiyənin İstanbul şəhərində müalicə aldığı klinikada vəfat edən energetika naziri Natiq Əliyevin nəşi Bakıya gətiriləcək.

Oxu.Az Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın APA-Economics-ə verdiyi məlumata əsasən xəbər verir ki, bu gün axşam saatlarında N. Əliyevin nəşi Bakıda olacaq.

Məlumata görə, sabah 12:00-da “Şəhriyar Mədəniyyət Evi”ndə onunla vida mərasimi keçiriləcək.

Nazirin harada dəfn olunacağı ilə bağlı hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.

Xatırladaq ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan “Florence Nightingale” xəstəxanasında müalicə olunurdu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]