Xəbərlər

Natiq Əliyevin nəşi İstanbuldan Bakıya yola salınıb

10-06-2017, 09:38

İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, onunla vida mərasimi bu gün keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Ötən həftəsonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]