Xəbərlər

Göyçayda müəllim şagirdi döyüb xəsarət yetirdi:""DƏLİLİK KAĞIZI"M VAR, KİMƏ İSTƏYİRSƏN, ŞİKAYƏT ET"

8-06-2017, 16:30

Göyçay 5 nömrəli orta məktəbin Aytəkin adlı tarix müəlliməsi 5 ci sinif şagirdini döyüb.
Xeberman.com xəbər verir ki, atasının unikal.org-a verdiyi məlumata görə, tarix müəlliməsi onun qızı Xasməmmədli Aysunu nalayiq ifadələrlə təhqir etdikdən sonra döyərək xəsarət yetirib: “Hadisə bu gün səhər saat 11:00 radələrində baş verib. Şagirdlərin yanında söyüş və təhqirlərlə qışqıraraq öz üstünlüyünü nümayiş etdirib. Ailə üzvlərimiz bu gün etirazlarını bildirib şikayət edəcəklərini dedikdə müəllimə cavab verib ki, “Hara istəyirsiniz şikayət edin, onsuz da mənim dəlilik kağızım var”. Anası uşağı tibbi ekspertizadan keçirməyə aparırlar”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]