Foto Fakt

Dünyanın qeyri-adi meyvələri – FOTO

8-01-2016, 14:07

Xeberman.com saytı  sizə dünyanın dörd bir yanında yetişən və nəinki dadını, heç adını bilmədiyimiz meyvələrin onluğunun fotolarını təqdim edir.

Kivano – xiyar və yemişin qarışığını xatırladan dada malikdir. Meyvənin özü Yeni Zelandiyada yetişir.  

Əjdaha gözü – eləcə də pitaya adı ilə də məşhurdur. Kənardan baxarkən müasir incəsənət əsərinə bənzəyir, Meksikada yetişir.

Durian – meyvələrin içində ən təzadlı xarakteristikaya malik meyvədir. Çünki meyvənin iyrənc qoxusuna görə, onun ictimai yerlərdə və nəqliyyatda aparılmasına icazə verilmir. Durianın vətəni Cənubi-Şərqi Asiyadır.

Buddanın əli – qalın qabıqlı limona bənzəyir, bəzən isə qabığından başqa ümumiyyətlə, heç nə olmur. Ondan şirə çəkmək mümkün deyil, heç toxumları da yoxdur.

Marakuya – bir çox ölkələrdə "ehtiras meyvəsi” kimi də tanınır. Cənubi Amerikada yetişir və çox dadlı şirəsi ilə fərqlənir. Meyvənin özü də çox dadlıdır, bu səbəbdən də bəzi qənnadı məhsullarının tərkibinə əlavə edilir.

Pandanus – eləcə də vintvari palma kimi məşhurdur. Pandanusun vətəni Malayziya arxipelaqıdır.

Rambutan – Cənubi-Şərqi Asiyanın daha bir sirli meyvəsi. Ondan adətən cem və jelelərin hazırlanmasında istifadə edilir, çəyirdəklərini isə qovrulmuş halda yeməklərə əlavə edirlər.

Akebia quinata – Mərkəzi Çində yetişir. Meyvələrinin tamı moruğu xatırladır.

Atemoya – şəkər alması ilə çerimoyanın hibrididir. Bu meyvə bütün dünyada ən yaxşı meyvələrdən hesab edilir. Onu "subtropik meyvələrin kraliçası” adlandırırlar.

İlan meyvəsi  salak adı ilə də məşhur olan bu meyvə ilan dərisinə bənzəyən qatla örtülür. Meyvənin özü sarı-bej rəngdədir, ətirlidir və spesifik qoxuya malikdir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]