İqtisadiyyat

Gömrükdə “Roshen” qalmaqalı: Poroşenkonun şokoladları da monopoliyaya alındı?

4-06-2017, 16:43
Xatırladaq ki, Ukrayna istehsalı olan bu şokoladlar Ukraynanın prezidenti Petro Poroşenkonun şəxsi biznesidir və onun adı ilə bağlıdır. Xural.com-un araşdırmalarından bəlli olur ki, “Roshen” firmasına aid şoklolad və konfetlərin gətirilməsi yüksək səviyyədə öz həllini tapıb. Belə ki, “Roshen” şoklolad və konfetlərinin monopoliyası Akif Hacıyev adlı bir iş adamına həvalə edilib. Bu “imtiyaz”dan istifadə edən A.Hacıyev də əlaqədar orqanlar vasitəsilə hətta gömrüklərdə sərnişinlərə belə bir neçə kq şokoladı gətirməyi qadağan etdirib. Problem bununla bitmir. Bütün yolları bağlada bilən və öz istədiyi kimi hərəkət edən “Roshen” firmasının yetkililəri bazardakı alternativsiz səlahiyyətlərindən istifadə edərək, vaxtı keçmiş məmulatları azərbaycanlılara sırımaqdan çəkinmirlər. Bu haqda redaksiyamızı bilgiləndirən mənbənin dediyinə görə, əlləri çox uzun olan bu adamlar digər bir çox saytlarda və xəbər portallarında yer alan xəbərlərin də çıxarılmasına nail ola bilirlər.
Xural.com olaraq ilkin araşdırmalarımız nəticəsində deyilənlərin doğru olduğunu təsbit etdik. Məlum oldu ki, ölkənin bir çox hörmətli xəbər sayt və portallarında “Roshen” firmasına aid şoklolad və konfetlər haqqında yazılan yazıların başlıqları qalsa da, arxivlərdə xəbərin özü yoxdur. Bu da “Roshen” firması haqqında deyilənləri təsdiq edir.

Nə demək olar? Arxasında ən azından Ukrayna kimi böyük bir dövlətin və onun prezidentinin dayandığı məhsul bəlkə belə də satılmalıdır?! Amma niyə?! Hər halda, cidanı çuvalda gizlətmək çox da mümkün deyil və biz də bunun səbəbləri haqqında yaxın zamanlarda Oxucularımızın diqqətinə yeni məlumatlar təqdim edəcəyik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]