Siyasət

Cahangir Hacıyev özünü siyasi məhbus hesab etmir

9-05-2017, 00:28
Cahangir Hacıyev özünü siyasi məhbus hesab etmir“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev KİV-də bəyanat yayaraq bildirib ki, onun siyasi məhbus kimi tanınması ilə bağlı heç bir quruma müraciət etməyib.

“"Mən Cahangir Hacıyev olaraq, siyasi məhbus kimi tanınmaq istiqamətində heç bir addım atmamışam. Vəkillərim də bu məqsədlə heç bir quruma, heç bir şəxsə müraciət eləməyib", – o bildirib.
“Hesab edirəm ki, həmin yazılar sifarişlə yazılır. Sifarişçilər də Beynəlxalq Bankla bağlı həqiqətlərin gizli qalmasında maraqlı olan adamlardır”, - o qeyd edib.
Öz növbəsində vəkillər qeyd edirlər ki, C.Hacıyev özünü siyasi məhbus saymasa da onun işində prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, onun ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilməsi siyasi məhbus kriteriyalarından biridir.
C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə ittiham olunaraq 15 il azadlıqdan məhrum edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]