Dünya

Ötən ay Türkiyədə 274 PKK terrorçusu məhv edilib

3-06-2017, 10:12
Ötən ay Türkiyədə 274 PKK terrorçusu məhv edilib
Türkiyədə ötən ay ərzində 300-ə yaxın PKK terrorçusu məhv edilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, havadan dəstək verilməklə mayın 1-dən 31-ə qədər keçirilmiş antiterror əməliyyatlarında 274 PKK terrorçusu məhv edilib. Bu dövrdə PKK terrorçuları tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 13 əməkdaşı və 1 dinc sakini həlak olub. Daha bir nəfər xəsarət alıb.

Antiterror əməliyyatlarının gedişində təhlükəsizlik qüvvələrinin 46 əməkdaşı yaralanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]