Əsas Səhifə / Xəbərlər

Ordumuz düşmənin atəş nöqtəsini məhv edib: Ölənlər var – VİDEO

31-05-2017, 16:32
Ordumuz düşmənin atəş nöqtəsini məhv edib: Ölənlər var – VİDEO
Düşmən itkilərə məruz qalıb

Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib. Müdafiə Nazirliyindən Xeberman.com-a verilən məlumata görə, cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib.

Düşmən itkilərə məruz qalıb.

Xatırladaq ki, mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub.

Müdafiə Nazirliyi xəbərdar edib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.

İstiPress videonu təqdim edir:

Administratorla əlaqə

077 611-55-22

[email protected]