Dünya
Gülənin bacısı oğlunu həbs edilib
2-02-2017, 15:29
Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Gülənin bacısı oğlu M.A.S. üç digər şübhəli ilə yanvar ayının 6-da Manis əyalətində saxlanılıb. İstintaqdan sonra həmin dörd nəfər həbs edilərək həbsxanaya göndərilib.
İyulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurmalar Ankara və İstanbulda olub.
246 nəfər həlak olub, 2 minə yaxın adam müxtəlif dərəcəli xəsarət alıb, qiyam yatırılıb. Türkiyə hakimiyyəti Güləni qiyamın təşkilində ittiham edərək ABŞ-dan onun ekstradisiyasını tələb edib. Gülən özü qiyamı pisləyib və bu qiyama heç bir aidiyyəti olmadığını söyləyib.