Gündəm

Onlar vəzifələrini itirdi

1-06-2017, 21:08
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.

Yeni siyahıda Fatma Abdullazadə, Vahid Əliyev və Kamal Abdullanın adı yoxdur.

Qeyd edək ki, Vahid Əliyev prezidentinin hərbi məsələlər üzrə köməkçisi idi, onu Fuad Ələsgərov əvəzləyib.

Fatma Abdullazadə isə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri idi, hazırda onun postuna təyinat olmayıb.

Vəzifəsini itirənlər arasında Kamal Abdulla da var. O, prezidentin multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri idi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]