Siyasət

Kamal Abdulla ətrafında nə baş verir? - Multikulturalizm Mərkəzinin önəmli isimləri istefa verdi

30-10-2016, 12:59
Kamal Abdulla ətrafında nə baş verir? - Multikulturalizm Mərkəzinin önəmli isimləri istefa verdi
Prezidentin müşaviri, yazıçı Kamal Abdullanın rəhbərlik etdiyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində istefalar başlayıb.
 
BakiPost.az xəbər verir ki, mərkəzin aparıcı mütəxəssisləri – tanınmış şərqşünas-alim Nəriman Qasımoğlu (analitika şöbəsinin müdiri) və siyasi elmlər üzrə fəlsəfə doktoru Aynur Bəşirova (Aparatın müşaviri) vəzifələrindən uzaqlaşıblar.
 
Nərman Qasımoğlu BakiPost.az-a xəbəri təsdiqləsə də, işdən çıxmasının səbəbləri barədə heç nə deməyib. Vəzifəsindən öz ərizəsiylə çıxdığını bildirən alim, ADA universitetində işə düzəldiyini söyləyib: "Hazırda orada dərs deyirəm”.

 
Qeyd edək ki, cəmi iki il əvvəl birdən-birə böyük səlahiyyətlər verilən Kamal Abdulla ətrafında son vaxtlar gözlənilməz olaylar baş verir.
 
Uzun illər rəhbərlik etdiyi Bakı Slavyan Universitetinin əlindən tamamilə alındı, sonra Azərbaycan Pedaqoji Universitetində prorektor olan oğlunun işdən çıxarıldı. İndi isə Multikulturalizm Mərkəzində çaxnaşma başlayıb.
 
Beynəlxalq Multikulturalizm Mərkəzi Prezidentin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılıb.
 

 
Azər
Bakı Post

Administratorla əlaqə

077 611-55-22

[email protected]