Siyasət

“Hər şey nəzarət altındadır” - Prezidentin köməkçisi

18-03-2016, 05:33
“Hər şey nəzarət altındadır” - Prezidentin köməkçisi

Bu gün KİVDF-nin təşkilatçılığı ilə Azərbaycan jurnalistlərinin, kütləvi-informasiya vasitələrinin Novruz bayramı tədbiri keçirilib.

Tədbirdə prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da çıxış edib. Əli Həsənov mətbuata dövlət dəstəyi haqda danışıb:

"Azərbaycan dövləti, Azərbaycan hökuməti, Azərbaycan iqtidarı və şəxsən prezident İlham Əliyev həmişə mətbuatın yanında olub. Bu ənənə mərhum prezident Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin prezidentliyi dönəmində dəfələrlə mətbuata böyük dəstək göstərilib və bu dəstək bu gün də davam edir.

Bugünkü reallıq, yaşanan iqtisadi çətinliklər dönəmində media da bu çətinliklərdən qaça bilmir, problemlər yaşayır. Lakin hər şey nəzarətimiz altındadır. Ölkə mətbuatının durumunu ciddi təhlil edirik. Biz çalışırıq ki, mətbuatın bu prosesdən maksimum az itki ilə çıxmasına köməklik göstərək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]