Xəbərlər / Texnologiya

Xarici vətəndaşların nəzərinə: Bu SİM-kartların satışı dayandırıldı

1-06-2017, 16:08

İyunun 1-də Azərbaycanda olan xarici vətəndaşlara SİM-kartların sadələşdirilmiş satış sisteminin müddəti başa çatıb.

Xeberman.com xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Mobil nömrələrin sadələşdirilmiş satış sistemi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar turistlərin və yarış iştirakçıların mobil rabitədən istifadəsi zamanı problem yaranmaması üçün aprelin 15-dən iyunun 1-dək fəaliyyət göstərirdi.

Söhbət xarici vətəndaşlar üçün nəzərdə tutulan müəyyən sayda Prepaid SİM-kartlardan gedir. Bu nömrələrin istismar müddəti 30 gün təşkil edirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]