Gündəm

Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirdi -FOTOLAR

30-05-2017, 14:17
Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirdi -FOTOLAR
Rektor Əfqan Abdullayev hazırda millət vəkili Fuad Muradovla universitetdə görüş keçirir.

Tələbələrin çağırışına baxmayaraq o, universitetin önünə çıxmayıb.

Aksiya bu dəqiqələrdə də davam edir.



****

12:29

Azərbaycan Dillər Universitetinin tələbələri aksiya keçirir.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, tələbələr dövlət imtahanın ləğv olunmasını tələb edirlər.
Etiraz aksiyasında təxminən 200-300 tələbənin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, ADU-nun keçmiş rektoru Səməd Seyidovun ləğv etdiyi dövlət imtahanını bu il hazırki rektor Əfqan Abdullayev bərpa edib.

Dördüncü kurs tələbələri isə iddia edir ki, onlar universitetə qəbul olduqları zaman imzalanan müqavilədə dövlət imtahanı olmayıb. Ə.Abdullayev isə bu qərarın Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini bildirir.

Xatırladaq ki, may ayının 26-da pedaqoji təcrübənin yekunlaşması ilə bağlı keçirilən konfransda dördüncü kurs tələbəsi ilə rektor arasında gərginlik yaşanmıdı. Həmin hadisə böyük ajiotaja səbəb olmuşd

Administratorla əlaqə

077 611-55-22

[email protected]