Əsas Səhifə / Xəbərlər

Qarabağda ölümcül yaralanan erməninin adı açıqlandı

31-05-2017, 18:45
Qarabağda ölümcül yaralanan erməninin adı açıqlandı
Mayın 30-da Azərbaycan ordusunun açdığı cavab atəşi nəticəsində işğalçı Ermənistanın bir hərbçisi yaralanıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, yaralanan hərbçi Alik Avanesyandır. Ermənistan Müdafiə Nazirliyinin hərbi-tibbi idarəsinin rəisi Kamavor Xaçatryan jurnalistlərə açıqlamasında faktı təsdiqləyib. O deyib ki, əsgər sağ bud nahiyyəsindən güllə yarası alıb və Xankəndi hospitalına yerləşdirilib. Ancaq K.Xaçatryan A.Avanesyanın durumunun ağır olduğunu da deyib. Bildirib ki, elə bu səbəbdən hərbçinin İrəvana gətirilməsi hələlik mümkün deyil.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsinin bölmələrimiz tərəfindən məhv edildiyi barədə məlumat və videokadrlar yaymışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]