Xəbərlər

Qarabağdan son xəbər- erməni əsgər ölümcül yaralandı

18-04-2017, 21:39
Qarabağdan son xəbər- erməni əsgər ölümcül yaralandı
Ermənistanın işğal altındakı Azərbaycan ərazisindəki ordusunun əsgəri, 1997-ci il təvəllüdlü Tatul Aramaisoviç Arutyunyan ölümcül güllə yarası alıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. İşğalçı ölkənin mətbuatı iddia edir ki, əsgər cəbhənin şimal istiqamətində Azərbaycan ordusunun mövqelərindən açılan güllə ilə ilə vurulub. Dağlıq Qarabağdakı separatçı rejimin “müdafiə nazirliyi” əsgərin hospitala çatdırıldığını, ancaq vəziyyətin ağır olduğunu açıqlayıb. Eyni zamanda bildirilib ki, hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar başlayıb.

Bir sıra hallarda erməni ordusunda intihar və başıpozuqluğun nəticəsində baş verən ağır hadisələri də düşmən iz azdırmaq üçün Azərbaycan əsgərinin adına yazmağa cəhd göstərir. Təəccüblüsü budur ki, hadisə 17 aprel saat 18.20-də baş versə də, yalnız bir gün sonra ictimailəşdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]